Təcrübəçi tələbənin sınaq dərsi

Gəncə şəhər 43 nömrəli tam orta məktəbində Universitetinin Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Salmanova Türkanə Nazim qızı Azərbaycan tarixi fənnindən 6-cı sinifində “Atropatena Sasanilərin tərkibində” mövzusunda sınaq dərsi keçirildi.

Dərsdə təcrübə rəhbəri Eldar Mehdiyev, fənn müəllimi Təranə Əliyeva və həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak edirdilər.

Dərsdə təcrübəçi tələbə Türkanə Salmanova mövzu ilə əlaqədar olaraq, Atropatena–Sasani münasibətlərini izah etdi.

Sasanilər nəslindən olan Ərdəşir Babəkan Parfiya dövlətinin varlığına son qoyub hakimiyyəti ələ aldı, 226-cı ildə özünü “Şahənşah” elan etdi. Atropatena ərazisi 227-ci ildən Sasani dövlətinin tərkibinə qatıldı. Sasanilər dövründə zərdüştlik hakim dinə çevrilmişdir. Qazaka Sasanilər dövründə zərdüştiliyin mərkəzlərindən biri kimi tanınırdı.

Dərsin sonunda üsul müəllimi Eldar Mehdiyev qeyd etdi ki, təcrübəçi tələbə Səma Həsənli dərsi müasir təlim metodlarına uyğun təşkil etmişdir. Dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.