Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirilmişdir

 Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsində Ümummilli Lider, Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

         Tədbirdə Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

         Sonra tədbiri Universitetin Humanitar məsələlər üzrə prorektoru dos. Gülsüm Fətəliyeva açaraq diqqətə çatdırmışdır ki, bütün varlığı ilə vətəninə, xalqına bağlı ədəbiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır.

         Sonra Tarix-Coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov, Hümanitar  məsələlər üzrə dekan müavini, baş müəllim Şəhriyar Quliyev, Sosial fənlər kafedrasının müdiri dos. Asim Məmmədov, Azərbaycan tarixi kafedrasının baş müəlllimi Eldar Mehdiyev və başqaları Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər.