V Beynəlxalq Həmzə Nigari simpoziumu

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Türkiyə Cümhuriyyəti Amasiya Universitetinin təşkilatçılığı ilə “V Həmzə Nigari simpoziumu” Beynəlxalq simpoziumu təşkil olunub. Simpozium Şuşa ilinə həsr olunmuşdur. Beynəlxalq simpozium 17-19 may 2022-ci il tarixində Ağdam rayonu Quzanlı qəsəbəsində Ağdam Muğam Mərkəzində baş tutmuşdur. Beynəlxalq simpoziumda Tarix-Coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasnın dosenti Bağırzadə Cavid Vəkil oğlu “Qarabağın ilk orta əsrlər dövrü tarixinə dair” və Ümumi tarix kafedrasının b/m., t.ü.f.d. Rəsulova Nərgiz Aydın qızı “Həmzə Nigari yaradıcılığında Qarabağ sevgisi” mövzularında məruzələrlə çıxış etmişdilər.