Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadənin Azad Azərbaycan (ATV) televiziyasına müsahibəsi

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə 1920-ci ilin may ayında bolşevik işğalına qarşı azadlıq uğrunda baş vermiş Gəncə üsyanı haqqında ATV Azad Azərbaycan televiziyasına müsahibə vermişdir.

Gəncə üsyanı Azərbaycan Xalq Cümhuriyyətini işğal edən bolşevik işğalçı ordusuna qarşı baş vermiş ən böyük üsyan olmuşdur. Üsyan zamanı Gəncə 10 mindən çox itki vermişdir. Gəncə üsyanı Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin mühüm hadisələrindən biridir.