Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə Aztv-yə Azərbaycan Xalq Cümhuriyyəti və Şeyxzamanlılar mövzusunda müsahibə vermişdir.
Müsahibədə dosent Cavid Bağırzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Gəncə şəhərinin və Gəncə ziyalılarının rolundan bəhs etmişdir. Bildirmişdir ki, Qafqaz İslam Ordusunun Azərbaycana, o cümlədən də Gəncəyə gətirilməsində Nəsib bəy Yusifbəylinin, Nağı bəy Şeyxzamanlının mühüm rolu olmuşdur. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğunda da Nağı bəy Şeyxzamanlının mühüm xidmətləri vardır.