“Uşaqlara və yeniyetmələrə qarşı zorakılıq “mövzusunda açıq dərs

02 noyabr 2022-ci il tarixində Tarix-Coğrafiya fakültəsininin Sosial iş ixtisasının 4 kursunda Sosial fənlər kafedasının müəllimi Babayeva Gülşən Ziya qızının Uşaq, yeniyetmələrlə sosial iş fənnindən “Uşaqlara və yeniyetmələrə qarşı zorakılıq” mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərsdə Sosial fənlər kafedrasını icra edən dos. Bağırzadə Cavid, həmin kafedranın p.ü.f.d. Cəlilov Azər, b/m. Quliyev Şəhriyar iştirak etmişdir.

Dərsdə müəllimə emosional zorakılıq, fiziki zorakılıq, cinsi zorakılıq, etinasızlıq və laqeydliklə üzləşən uşaqlarla sosial iş, uşaqlara qarşı törədilmiş zorakılığı sübur edən indikatorlar və uşaqlara qarşı törədilmiş zorakılığın mənfi nəticələri və digər məsələləri mühazirdə ətraflı izah etdi.