8 noyabr “Zəfər Günü”nə həsr olunmuş tədbir

Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsin də 8 noyabr “Zəfər Günü” nə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Azərbaycan Dövlət Himni ilə başlayan tədbirdə Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Gəncə Dövlət Universitetinin Humanitar məsələləri üzrə prorektor dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Zəfər günü münasibəti ilə iştirakçıları təbrik etdi. Dos. Gülsüm Fətəliyeva çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycan dövlətçilik tarixindəki mövqeyindən, Ulu Öndərin quruluculuğu siyasətindən və bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində danışmışdır.

Tarix-Coğrafiya fakültəsinin dekanı dos.U.Həsənov, Coğrafiya kafedrasını dosent əvəzi A.Əhmədli, Ümumi tarix kafedasının dosenti E.Musayev, b/m. Y.Süleymanov çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı qələbələrindən, mərd Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından və xalqın dəmir yumruq kimi birləşərək Zəfər çalmasından danışmışlar.

Tədbirin davamında fakültənin tələbələrinin ifasında vətənpərvərliyə aid şerlər, rəngrarəng mahnılar səsləndirilmişdir.