Sosial fənlər kafedrasının müdiri dosent Cavid Bağırzadə Gəncə terrorunun 4-cü ildönümü ilə bağlı Aztv-yə müsahibə vermişdir. Cavid Bağırzadə müsahibəsində Ermənistanın hərbi cinayətləri, Gəncəyə ballistik raketlərin atılması və onun ağrılı-acılı nəticələri, Ermənistanın mərkli niyyətləri haqqında ətraflı bəhs etmişdir. Həmçinin bildirmişdir ki, dinc yaşayış yerlərinin, hərbi obyektlərin olmadığı şəhəri ballistik raketlər ilə atəşə tutmaq BMT-nin qəbul etdiyi konvensiyaya görə qadağandı. Amma bu günədək heç bir beynəlxalq təşkilat və birliklər Ermənistanın hərbi cinayətlərini qınamamışdır.