





Kafedralarda elmi-tədqiqat və tədris fəaliyyətinin təhlil edilməsi üçün işçi qrupu təsdiq edilmiş iş planına uyğun olaraq aprel ayı ərzində universitetin bütün kafedralarında olmuş, icra olunmaqda olan üç illik elmi-tədqiqat işlərinin və tədris fəaliyyətinin monitorinqini həyata keçirmişdir. Kafedralarda elmi-tədqiqat işlərinin və tədris fəaliyyətinin sənədləşməsi və hesabatlılığı işçi qrupu tərəfindən təhlil edilmişdir.