




11 iyul 2025-ci il tarixində Azərbaycan tarixi kafedrasında Gəncə Dövlət Universitetinin doktorantı Pərviz Sabir oğlu Məhərrəmovun 5503.02- “Vətən tarixi” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tədqim etdiyi “Azərbaycanda nəqliyyatın inkişaf tarixindən (1993-2019)” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Müzakirədə doktorant Pərviz Sabir oğlu Məhərrəmovun dissertasiya işinin səsvermə nəticəsində yekdilliklə müdafiəyə buraxılması barədə qərar qəbul edilmişdir.