Tarix və coğrafiya fakültəsinin Fakültə Elmi Şurasının iclası keçirilmişdir

24 dekabr 2025-ci il tarixində Tarix və coğrafiya fakültəsinin Fakült Elmi Şurasının növbəti iclası keçirilmişdir. Elmi Şurada fakültənin dekanı dos. U.Həsənov gündəlikdə olan məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.

  1. 2025-2026-cı tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr haqqında
  2. 2025-2026-cı tədris ilinin I yarısına aid dərs yüklərinin yerinə yetirilməsinin vəziyyəti haqqında
  3. Professor-müəllim heyətinin seçkisi
  4. Coğrafiya kafedrasının müəllimi Cəfərova Lətafət Hüsən qızının fərdi hesabatı
  5. Cari məsələ

İslasda gündəlikdə duran məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.