“Xocalı-Qan Yaddaşımız” adlı anım tədbiri keçirilib

23 fevral 2026-cı il tarixində Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsi Tarix və coğrafiya fakültəsində Xocalı Soyqırımına həsr olunmuş “Xocalı- Qan Yaddaşımız” adlı anım tədbiri keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra ” Xocalı -əsrin faciəsi” adlı videoçarx nümayiş olunub.

Anım tədbirində Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva, Tarix və coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov, Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, Azərbaycan tarixi kafedrasının müdirir, dos. Gülarə Əliyeva, Ümumi tarix kafedrasının müdir, dos. Etibar Musayev, Tarix və coğrafiya müəllimliyi ixtisasının 2-ci kurs tələbəsəi Nərgiz Bayramova, Türkanə İmranova, Tarix və coğrafiya müəllimliyi ixtisasının I kurs tələbəsi Zeynəb Abbasova çıxış ediblər. Çıxışlarında Xocalı faciəsinin Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxdığını, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan insanlığa qarşı ağır cinayət olduğunu bildirib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 dinc sakin, o cümlədən qadın və uşaqlar amansızcasına qətlə yetirilib, minlərlə insan doğma yurd-yuvasından didərgin salınıb. Müvəkkil bu faciənin azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.

Bildirdilər ki, Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib, sonrakı dövrdə isə dövlət tərəfindən faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl addımlar atılıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyası bu istiqamətdə mühüm rol oynayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu, müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edildiyini vurğuladılar.

Tədbirin bədii hissəsində tələbələr Həmidə Kərimova və Fatimə Seyidova Xocalıya həsr olunmuş şeirlər səsləndirdilər.