21.04.2026-cı il tarixində Gəncə Dövlət Universiteti, Tarix və Coğrafiya fakültəsinin Ümumi tarix kafedrasının müəllimi Əliyeva Elmiranın Gəncə şəhər S. Vəliyev adına 34 nömrəli tam orta məktəbdə ustad dərsi keçirilmişdir. Dərs məktəbin 7a sinif şagirdlərinə keçirilmişdir.
Ustad dərsi Osmanlı dövləti mövzusuna həsr olunmuşdur.
Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Cabbar Qarayev, Ümumi tarix kafedrasının müdiri dosent Etibar Musayev və Ümumi tarix kafedrasının müəllimi Ələsova Aynurə iştirak etmişdir.
Dərsin təşkilində həmin məktəbdə təcrübədə olan tələbələrimiz, Tarix müəllimliyi ixtisasının IV kurs tələbələri Vəfa Vəliyeva və Cəfər Vəliyev yaxından iştirak etmişdir.



