


07 oktyabr 2026-cı il tarixində Azərbaycan tarixi kafedrasının tarix üzrə fəlsəfə doktoru, dosent Təranə Behbudovanın Tarix müəllimliyi ixtisasının I kurs tələbələrinə “Azərbaycan tarixi – 1” fənnindən “Antik Albaniya” mövzusunda açıq mühazirə dərsi keçirilib.
Mühazirədə Antik Albaniyanın yaranması, ərazisi, quruluşu, əhalisi, təsərrüfat həyatı, mədəniyyəti və regionun qədim dövlətləri ilə əlaqələri barədə tələbələrə ətraflı məlumat verilib. Mövzunun izahı zamanı qədim Azərbaycan tarixinin mühüm mərhələlərindən biri olan Albaniya dövlətinin ölkəmizin dövlətçilik tarixindəki rolu və əhəmiyyəti xüsusi vurğulanıb.
Açıq dərsdə Azərbaycan tarixi kafedrasının müdiri, dosent Gülarə Əliyeva, Ümumi Tarix kafedrasının müdiri, dosent Etibar Musayev, Coğrafiya kafedrasının müdiri, dosent Yeganə Əliyeva və Azərbaycan tarixi kafedrasının baş müəllimi Çinarə İbrahimova iştirak ediblər.
Dərs zamanı tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, onların fəallığı və müzakirələrdə iştirakı təmin edilib. Açıq mühazirə müasir tədris metodlarından istifadə və tələbələrin tarixi biliklərinin möhkəmləndirilməsi baxımından səmərəli olub.