Bu gün Tarix -coğrafiya fakültəsində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirildi. Tədbirdə fakültənin professor-müəllim və tələbə heyyəti iştirak edirdi. Tədbiri fakültə dekanı dos.Urfan Həsənov açaraq şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi. dos.Urfan Həsənov 20 Yanvar hadisələri haqqında qısa məlumat verdikdən sonra söz çıxış üçün Azərbaycan tarixi kafedrasının müdiri dos. Emma Aslanovaya verildi. Emma müəllimə 20 Yanvarda şəhid olanlara rəhmət dilədi və 1990-cı illərdə Azərbaycan Respublikasının ümumi vəziyyəti haqqında danışdı. dos.Emma müəllimə həmçinin H.Əliyevin 20 Yanvar hadisələrinə hüquqi qiymətin verilməsindəki rolundan da danışdı.
Sonra söz Ümumi tarix kafedrasının müdiri dos.Vüsalə Veysəlovaya verildi. Vüsalə müəllimədə öz çıxışında 20 Yanvar hadisələri və xalqımızın taleyində olan rolu haqqında danışdı. Şəhid ailələri və onların adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışdı. Çıxış üçün söz Coğrafiya kafedrasının müəllimi Arifə Əmədovaya verildi. Arifə müəllimə öz çıxışında ermənistandan 250 min soydaşımızın qaçqın olmasından və Azərbaycana qarşı olan bu ədalətsizlikdən danışdı. Ümumi tarix kafedrasının dosenti H.Bəxtiyarov öz çıxışında 20 Yanvar və Qarabağ hadisələrinə toxundu.