06 noyabr 2018-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasının III kursunda Coğrafiya kafedrasının dosenti Əhmədli Arifənin “Əhali coğrafiyası” fənnindən “Əhalinin miqrasiyası” mövzusunda açıq dərsi olmuşdur.
Müəllimə müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slaydla maraqlı faktlar əyani şəkildə tələbələrin diqqətinə çatdırlımışdır. Dünya əhalisinin miqrasiya prosesi, Dünya, MDB və Azərbaycan əhalisinin miqrasiyası, miqrasiyanı yaradan səbəblər və digər məsələləri mühazirdə ətraflı izah etdi.
Açıq dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov, tədris işləri üzrə dekan müavini, baş müəllim Niyaməddin Hacıyev, Coğrafiya kafedrasının müdiri dos.Yeganə Əliyeva, Ümumi tarix kafedrasının kafedra müdiri dos. Vüsalə Veysəlova və kafedranın digər əməkdaşları iştirak etmişlər.