Tarix-Coğrafiya fakültəsində TEC-xətti ilə tələbə və magistrantların elmi konfransı
Tələbə Elmi Cəmiyyətin xətti ilə “Azərbaycan Xalq Cümhuriyyəti”nə həsr olumuş tələbə və magistrantların elmi konfransı keçirilmişdir.
Tələbə Elmi Cəmiyyətin xətti ilə “Azərbaycan Xalq Cümhuriyyəti”nə həsr olumuş tələbə və magistrantların elmi konfransı keçirilmişdir.
Mənəvi dəyərərin təbliği fondu 15 may 2019-cu il tarixində Gəncə şəhərində Mənəvi dəyərlər sistemində NƏSİMİ FENOMENİ dəyirmi masa keçirmişdir. Həmin tədbirdə Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin bir qrup tələbəsi iştirak etmişdir.
Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə emlər doktoru Sevinc Bağırova Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsində olmuşdur. İlk olaraq Tarix-Coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov, dekan müavini dos. Cavid Bağırzadə və Azərbaycan tarixi kafedrasının müdiri dos. Emma Aslanova ilə görüş oldu. Görüşdən sonra fakültənin Tarix və coğrafiya müəllimliyi ixtisasının I kursunda “Naxçıvan MR-in […]
1939-cu il sentyabrın 1-də başlanan İkinci Dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yaratdı. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. SSRİ 1920-ci ildə Polşanın işğal etdiyi Qərbi Belorusiya və Qərbi Ukrayna torpaqlarını yenidən öz tərkibinə qataraq qərb sərhədləri bir qədər möhkəmləndirildi. […]
Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsində YAP GDU ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə ilə görüş keçirilmişdir. Görüş zamanı Yeni Azərbaycan Partiyasına yeni üzv olan tələbələrə partiya biletləri təqdim olunmuşdur.
Əziz xanımlar! “Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram. Azərbaycan qadınının tarixən cəmiyyətdə tutduğu mövqeyin, həyatımızın bütün sahələrində mühüm nailiyyətlərə yol açan və inkişafımızı təmin edən başlıca amil kimi müstəsna əhəmiyyəti var. Ötən əsrin ilk onilliklərində, dünyanın bir çox qabaqcıl ölkələrinin […]
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc […]
20 fevral 2019-cu il tarixdə Tarix-coğrafiya fakültəsinin Sosial iş ixtisasının II kursunda Azərbaycan tarixi kafedrasının baş müəllimi Abbasov Vüqar Dilqəm oğlunun Azərbaycan xalqının etnogenezi fənnindən “Azərbaycan xalqının etnogenezinin mənbələri” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Azərbaycan tarixi kafedrasının müdiri dos.Emma Aslanova və kafedranın əməkdaşları iştirak etmişlər.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə dəstəyi, “Odlar Yurdu” Gənclər Ictimai Birliyinin təşəbbüs və təşkilatçılığı ilə respublikada ilk dəfə “Region Gənclərinin I Sahibkarlıq Forumu” həyata keçirilir. Forumun açılış mərasimi və peşəkarların iştirakı ilə panellər Gəncə şəhər Heydər Əliyev mərkəzində baş tutdu. Açılış nitqi ilə çıxış edən “Odlar Yurdu” Gənclər İB-nin sədri Nigar Ələsgərova layihə haqqında geniş […]