14 mart 2018-ci ildə Ümumi tarix kafedrasının növbəti iclası keçirilmişdir. İclasın gündəliyində aşağıdakı məsələlər dururdu.
- Azərbaycan qəzetinin 09.02.2018-ci il tarixli 05 saylı elanına əsasən Ümumi tarix kafedrasında boş olan 1 dosent və boş olan 2 baş müəllim yerinə seçkisi barədə
- Kafedranın pedaqoji təcrübəsinin gedişatı barədə (bakalavr, magistr).
- Kafedranın dosent əvəzi Musayev Etibar Adil oğlunun hazırladığı “Yaxın və Orta Şərq ölkələri tarixi” adlı fənn proqramının müzakirəsi və təsdiqi.
- Kafedranın dosenti Kərimzadə Pərvin Orxan qızı və t.ü.f.d. Məmmədova Yeganə Ehsan qızının hazırladıqları “Asiya və Afrika ölkələri tarixi” adlı fənn proqramının müzakirəsi və təsdiqi
- Cari məsələ
Yekunda Azərbaycan xalqının qədim bayramlarından biri olan Novruz bayramı Ümumi tarix kafedrasında təntənəli şəkildə qeyd edilmişdir.