Tədbirdə Humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva, fakültənin dekanı dos. Urfan Həsənov, Ümumi tarix kafedrasının müdiri dos.V.Veysəlova, Coğrafiya kafedrasının müdiri dos.Yeganə Əliyeva, müəllim və tələbələr iştirak etdi.
Tədbirdə hər bir bölgə özünəməxsus novruz adət-ənənələri, novruz atributları vasitəsilə əks olunmuşdu. Tələbələr rəqsləri və kiçik səhnəciklər tədbiri daha da rəngarəng etdi.
Tədbirdə çıxış edən Tarix coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov bildirdi ki, Novruz bayramı xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, insanların gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirən bir bayramdır. Fakültə dekanı dos.Urfan Həsənov sonda tələbələrə xoş arzularını çatdırdı.
Tədbirin qonağı Humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva Novruz bayramının xalqımızın əziz bayramlarından biri olduğunu və novruz adət-ənənələrini qoruyub saxlamağın bizim mənəvi borcumuz olduğunu qeyd etdi. O, tələbələrə təşkil etdikləri səhnəcik və rəqslərə görə təşəkkürünü bildirdi.
Tələbələrin Azərbaycanın milli mənəvi dəyərlərindən nümunələr nümayiş etdiməsi xoş təəssürat yaratdı. Bayram tədbiri kosa, keçəl və tələbələrin şən rəqsləri ilə davam etdi.