Təcrübəçi tələbənin sınaq dərsi keçirilmişdir

Gəncə şəhər 43 nömrəli  tam orta məktəbdə Tarix-Cografiya  fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Bədəlov Hüseyin Yadigar oğlu Azərbaycan tarixi fənnindən  “Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda sınaq dərsi keçirilmişdir.

Dərsdə təcrübə rəhbəri baş müəllim Eldar Mehdiyev, Azər Cəlilov, Tarix müəllimi Təranə Əliyeva və həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak ediblər. 

Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.

Dərsi yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.