“Türkiyə və Azərbaycan milli şairlərin gözü ilə Çanaqqala zəfəri və İstiqlal marşı” adlı Elmi praktik konfrans keçirilmişdir.

10 mart 2022-ci il tarixində Türkiyənin Gəncə şəhər Baş Konsulluğu, Gəncə Dövlət Universiteti və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə “Türkiyə və Azərbaycan milli şairlərin gözü ilə Çanaqqala zəfəri və İstiqlal marşı” adlı Elmi praktik konfrans keçirilmişdir. Konfransada Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Prof.Dr.Zeki Öztürk, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Qazi Universitetinin prorektoru Prof.Dr.Bekir Buluç, professor-müəllim heyəti iştirak etmişdir.

Konfransda Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Azərbaycan istiqlal şairi Əhməd Cavad və Mənsub olduğu Müsəlman Xeyriyyə Cəmiyyətinin Birinci Dünya Müharibəsində fəaliyyəti”, Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov  “Çanaqqala savaşları və Azərbaycanlılar” mövzusunda  çıxış etmişlər.