“Saglam gələcək üçün özünü inkişaf etdir!”adlı layihənin təqdimatı

Tarix-Coğrafiya fakültəsinin Sosial fənlər kafedrasının müəllimi Fərhadova Qumru Misir qızı “Sağlam gələcək üçün özünü inkişaf etdir!” adlı layihənin tədqimatı olmuşdur. Layihənin məqsədi gənclərin passiv həyatdan aktiv həyata keçmələrinə dəstək olmaq. Onların şüuraltı güçünü inkişaf etdirmək, motivasiya etmək, öz güvənsizlik problemlərini aradan qaldırmaq, uşaqlıqdan qalan psixoloji travmalardan uzaqlaşdırmaq, neqativ düşüncələrdən uzaqlaşdırıb, pozitiv həyata addım atmaqlarına dəstək olmaqdır. Əlavə olaraq yeniliklərə onları cəlb etmək, oxumaq və yazmaqla necə mənəvi şəfa tapacaqlarını aşılamaqdır.

Layinənin tədqimatında Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, Elm və innovasiya üzrə prorektor dosent Pərvin Kərimzadə, Azad Həmkarlar İttifaqı komitəsinin sədri Afaq Qasımova, Sosial fənlər kafedrasının müdiri dosent Cavid Bağırzadə və tələbələr iştirak etmişdir.