“Qafqaz Albaniyası: Dini və sosial həyatı” X Beynəlxalq konfrans

14 aprel 2023-cü il tarixində Bakı şəhərində AMEA-nın Tarix İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Alban-Udi Xristian İcmasının birgə təşkil etdiyi “Qafqaz Albaniyası: Dini və sosial həyatı” X Beynəlxalq konfransı keçirilmişdir. Konfransda Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri dosent Bağırzadə Cavid Vəkil oğlu “Qafqaz Albaniyasında xristianlığın yayılması, ilk alban xristian icmasının yaranması və Gis yaşayış yerinin lokallaşdırılması haqqında” mövzusunda məruzə ilə çıxış etmişdir.