18.04.2023-cü il tarixdə Tarix-Coğrafiya fakültəsində dos.Allahverdi Quliyevin sədrliyi ilə monitorinq keçirildi. Monitorinq qrupunun üzvləri dərs cədvəli üzrə Tarix və Coğrafiya müəllimliyi, Tarix müəllimliyi və Sosial iş ixtisasında I və III kurslarda keçilən mühazirə və seminar məşğələlərində iştirak etdi. Müzakirədə monitorinq üzvləri və mühazirə və seminarları dinlənilən bütün müəllimlər iştirak edirdi. Monitorinq üzvlərindən hər biri çıxış edərək iştirak etdiyi dərslər haqqında fikir bildirdilər. Onlar dərslərin yüksək səviyyədə keçildiyini, müəllimlərin hazırlıqlı olduğunu və sənədlərin qaydasında olduğunu qeyd etdilər.