02.11.2023-cü il tarixində Tarix-coğrafiya fakültəsinin Sosial iş ixtisasının II kursunda Sosial fənlər kafedrasının müəllimi Rəhimova Gülnar Yaşar qızı Sosial işdə riyazi metodlar fənnindən “Sosiometrik sorğu” mövzusunda açıq dərsi olmuşdur.
Müəllimə dərsdə sosiometrik sorğu anlayışı, Şəxsiyyətlərarası münasibətlərin ölçülməsi prosedurası, sosiometrik testin etibarlılığı və əsaslandırılma dərəcəsini tələbələrə ətraflı izah etdi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.
Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev, Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə və kafedranın müəllimləri iştirak etmişlər.