Sosial fənlər kafedrasının əməkdaşları Beynəlxalq Elmi konfransda iştirak etmişlər

8-9 dekabr 2023-cü il tarixində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “DAVAMLI İNKİŞAF STRATEGİYASI: QLOBAL TRENDLƏR, MİLLİ TƏCRÜBƏLƏR VƏ YENİ HƏDƏFLƏR” II Beynəlxalq Elmi Konfransı keçirilmişdir. Konfransda Sosial fənlər kafedrasının əməkdaşlarından dos.Cavid Bağırzadə, dos. Azər Cəlilov, müəllimlərdən Sədrəddin Əliyev və Pərvanə Məmmədova iştirak etmişlər və müxtəlif mövzularda məruzələri ilə çıxış etmişlər.