Gəncə Dövlət Universiteti ilə SOS uşaq kəndi arasında bağlanmış iki tərəfli əməkdaşlıq müqavilələrinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tövsiyyələri əsasında hazırlanmış “Fəaliyyət istiqamətlərinin” VI bəndinin 3-cü hissəsində nəzərdə tutulan Sosial iş, Psixologiya, TSPX ixtisaslarının II və III kurs tələbələri ali məktəbdə aldığı nəzəri bilikləri möhkəmləndirmək və sonrakı fəaliyyətdə təmin etmək məqsədilə Gəncə Dövlət Universitetinin 21.09.2023 –cü il tarixli 5/234 saylı əmrinə əsasən praktik- seminar dərsləri həmin müəssisədə təşkil olunmuşdur. 29.11.2023 –cü il tarixində Sosial iş ixtisasının III kurs tələbələri seminar dərsində olmuşdur. Dərsdə mövzu ilə əlaqədar olaraq SOS uşaq kəndinin əməkdaşı, fənn müəllimi Gülşən Babayeva və digərləri tələbələrə ətraflı məlumat verdi.