3 dekabr -Beynəlxalq Əlillər günü münasibətilə Tarix-Coğrafiya fakültəsində “Təhsil əngəl tanımır” adlı təlim keçirilmişdir. Təlim fakültə Tələbə Elmi Cəmiyyətin sədri Zamin Abbasovun iştirakçılara təlimin məqsədi barəsində məlumatlandırdı. Sonra fakültənin Yeni Azərbaycan Partiyasının sədri Kənan Qurbanov və fakültə Tələbə Elmi Cəmiyyətin sədr müavini Elnur İsmayılovun 3 dekabr-Beynəlxlaq Əlilliyi olan şəxslər günü haqqında çıxışlar etdilər. Təlimçi Azərbaycan tarixi kafedrasının baş müəllimi, t.ü.f.dok. Nurlana Həmzəyeva iştirakçılara əlilliyi olan şəxsləarin təhsili, cəmiyyətdə mövqeyi, onların hüquqları, əlilliyi olan şəxslərə qarşı davranış qaydaları, əlilliyin səbəbləri və s. məsələləri təfsilatı ilə iştirakçıların diqqətinə çatdırdı. Tələbələr təlimə böyük maraq göstərdilər.