28.11.2023-cü ildə Tarix-Coğrafiya fakültəsində Ulu öndər Heydər Əliyevin yüzilliyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilmişdir.
Tədbirdə Tarix-Coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva, Tədris işləri üzrə dekan müavini Niyaməddin Hacıyev, Humanitar məsələlər üzrə dekan müavinin Şəhriyar Quliyev, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev, Sosial fənlər kafedrasının müdiri dos.Cavid Bağırzadə, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
Tarix -Coğrafiya fakültəsinin təşkil etdiyi tədbir Şəhidlərimizin, Ulu öndər Heydər Əliyevin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnin səsləndirilməsi ilə başladı.
Tədbiri Tarix-Coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov giriş sözü ilə başladı. Dekan Urfan Həsənov Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan danışdı. Sonra Gəncə Dövlət Universitetinin Humanitar məsələləri üzrə prorektor dos. Gülsüm Fətəliyeva çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin tərəqqəsinə verdiyi töhfələrdən danışdı.
Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə töhfələrini əks etdirən videoçarx izlədilər.
Tədbir Ümumi tarix kafedrasının dos. Nərgiz Rəsulova “Ümummilli lider Heydər Əliyevin həayt və fəaliyyəti Azərbaycan gəncliyinə nümunədir”, Sosial iş ixtisasının IV kurs tələbəsi Kənan Qurbanov “Milli mədəniyyətimiz Heydər Əliyev, Sosial iş ixtisasının IV kurs tələbəsi Leyli Abuzərova “Heydər Əliyev gənclərin gözündə”adlı mövzularında çıxış etdilər.