Tarix-Coğrafiya fakültəsində dos.Allahverdi Quliyevin sədrliyi ilə 28.11.2023-cü il tarixdə monitorinq keçirildi. Monitorinq qrupunun üzvləri dərs cədvəlinə uyğun Tarix, Tarix müəllimliyi, Tarix və Coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi və Sosial iş ixtisasında I və III kurslarda keçilən mühazirə və seminar məşğələlərində iştirak etdilər. Monitorinq prosesində dərslərdə fənn müəllimlərinin həm nəzəri, həm də metodiki cəhətdən hazırlıqları, tələbələrin dərsə davamiyyətini, fənn müəllimlərinə aid sənədlər (jurnal, fənn proqramı, sillabus, mühazirə mətnləri, əyani vasitə) və s. yoxlanılmışdır. Yekunda dekanlıqda Monitorinqin nəticələri müzakirə edildi və müvafiq qərarlar qəbul edildi.