Ulu öndər Heydər Əliyevin yüzilliyinə həsr edilmiş tələbələr arasında keçirilən esse müsabiqəsinin nəticələri

Tarix-Coğrafiya fakültəsində Ulu öndər Heydər Əliyevin yüzilliyinə həsr edilmiş tələbələr arasında esse müsabiqəsinin nəticələri möhtəşəm bir tədbir keçirilmişdir.

Tədbirdə Tarix-Coğrafiya fakültəsinin dekanı dosent Urfan Həsənov, Tədris məsələləri üzrə dekan müavini Niyaməddin Hacıyev, Tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulova, Tarix üzrə fəlsəfə doktoru Gültəkin Allahverdiyeva, fakültə tələbə təşkilatlarının sədrləri və müsabiqəyə esse tədqim etmiş tələbələr iştirak etmişlər.

Əsas məqsədi Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyətini, Azərbaycan xalqına müstəsna xidmətlərinə, örnək həyatına tələbələrin baxışını üzə çıxarmaq, gənclərin esse yazmaq bacarıqlarının artırılması olan “Heydər Əliyev Azərbaycana işıq saçan günəşdir”müsabiqəsi fakültə dekanı dos.Urfan Həsənovun çıxışı ilə başladı. Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Zamin Abbasov və sədr müavini Elnur İsmayılov tədbir iştirakçılarını müsabiqənin başlanması, gedişi və məqsədi barədə məlumatlandırdılar. Daha sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qısa video çarx nümayiş etdirildi.

Tədbirin aparıcısı Mədinə Əsgərli qalib esselərin müəlliflərinin adlarını elan etdi. Müsabiqənin qalibi Tarix və Coğrafiya müəllimliyi ixtisasında təhsil alan IV kurs tələbəsi Mülkü Əliyeva oldu. İştirakçılar qalib esseni dinlədilər.

Sonda Tarix-Coğrafiya fakültəsinin dekanı dosent Urfan Həsənov, Tədris məsələləri üzrə dekan müavini Niyaməddin Hacıyev, Tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulova, Tarix üzrə fəlsəfə doktoru Gültəkin Allahverdiyeva tərəfindən qalib tələbələr təltif edildilər.