Tarix-Coğrafiya fakültəsində tələbələrinin pedaqoji və istehsalat təcrübəsi ilə bağlı görüş keçirilmişdir

    19 dekabr 2023-cü il tarixində Təcrübə və karyera şöbəsinin müdiri dos. Cabbar Qarayevin rəhbərliyi ilə  Tarix-Coğrafiya fakültəsinin Tarix, Tarix müəllimliyi, Tarix və Coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi və Sosial iş ixtisaslarının IV kurs tələbələrinin pedaqoji və istehsalat təcrübəsi ilə bağlı görüş keçirildi. Görüşdə dos. Cabbar Qarayev, Tarix-Coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov, Ümumi tarix kafedrasının müdiri  dos. Etibar Musayev çıxış edərək tələbələrə Pedaqoji və istehsalat təcrübədə olduqları müddətdə keçəcəkləri sınaq dərsləri, hazırlanacaq sənədlər və digər məsələlər haqqında məlumat verdilər, tələbələri maraqlandıran sualları cavablandırdılar.