“İnsan inkişafı konsepsiyası və insan hüquqları məsələsi” mövzusunda açıq dərs

04.04.2024-cü il tarixində Tarix-Coğrafiya fakültəsinin Sosial fənlər kafedrasının müəllimi Ramin Əliyev Sosial iş ixtisasının 3 kursunda Seçmə fənn İnsan hüquqları fənnindən “İnsan inkişafı konsepsiyası və insan hüquqları məsələsi” mövzusunda açıq dərsi olmuşdur.

Müəllim açıq dərsdə İnsan inkişafı haqqında ümumi məlumat, İnsan inkişafı konsepsiyasının aspektləri və əsas prinsipləri, İnsan inkişafı konsepsiyasının hədəfləri, İnsan inkişafı konsepsiyasının mənbələri və digər məsələlər mühazirədə tələbələrə geniş izah edildi. Dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

         Açıq dərsdə Sosial fənlər kafedrasının müdiri dosent Cavid Bağırzadə, dos. Azər Cəlilov, müəllimlər Yeganə Əhmədova, Pərvanə Məmmədova iştirak etmişlər.