Gəncə şəhər 30 saylı tam orta məktəbdə Tarix-Cografiya fakültəsinin Tarix və Coğrafiya müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Rəsulov İsgəndər 9 sinif şagirdlərinə Azərbaycan tarixi fənnindən “1970-1980-ci illərdə sosial-iqtisadi yüksəliş” mövzusunda sınaq dərsi keçirilmişdir.
Dərsdə təcrübə rəhbəri baş müəllim Lalə Əliyeva, fənn müəllimi Məhbubə Hüseynova və həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak ediblər.
Dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər tamamilə ödənildi.
Dərsi yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.