“8 Noyabr-Zəfər günü” adlı tədbir

Tarix-Coğrafiya fakültəsində “8 Noyabr-Zəfər günü” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Zəfər Gününün tarixi əhəmiyyətindən, Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlığından danışıb. Bildirib ki, Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edir. Bu Zəfər bir daha göstərdi ki, xalqımız hər cür təhlükəni dəf etməyə qadirdir və öz torpağının bir qarışından belə imtina etməyəcək. Prorektor onu d diqqətə çatdırdı ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərdi. Qələbə nəticəsində biz ərazi bütövlüyümüzlə yanaşı, milli qürurumuzu da bərpa etdik.

         Tədbirdə Tarix-Coğrafiya fakültəsinin dekanı, dosent Urfan Həsənov “8 noyabr Zəfərə gedən yolun başlangıcıdır”, Azərbaycan tarixi kafedrasının dosenti Fəxrəddin Usenov “8 Noyabr: Tariximizin zəfər və qəhrəmanlıq səhifəsidir”, Ümumi tarix kafedrasının müdiri, dosent Etibar Musayev “Qanları ilə Şanlı Zəfər yazanlar” adlı məruzələrlə çıxış ediblər.

Sonda Zəfər Gününə həsr edilmiş bədii hissə nümayiş olunub.