20 noyabr 2024-cü il tarixdə Tarix-coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasının I kursunda Coğrafiya kafedrasının B/m. Roza Əlizadə “Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə” fənnindən “Subtropik zonanın torpaqları” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə Subtropik zonasının torpaq örtüyünün əsas xüsusiyyətləri, Sarı dağ-meşə torpaqlar, Podzollu sarı torpaqlar, Podzollu-qleyli-sarı torpaqlar mühazirədə tələbələrə geniş izah edildi.
Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekanı dosent Urfan Həsənov, Humanitar məsələlər üzrə dekan müavini baş müəllim Şəhriyar Quliyev, Coğrafiya kafedrasının müdiri, dosent Yeganə Əliyeva, Ü dosent əv. Nəsibə Hacıyeva iştirak etmişlər.