26 noyabr 2024-cü il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix ixtisasının II kursunda Ümumi tarix kafedrasının Baş müəllim, tarix üzrə fəlsəfə doktoru Yeganə Məmmədovanın “Avropa tarixi -1” fənnindən “Böyük coğrafi kəşflər və müstəmləkə sisteminin yaranması” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə Böyük coğrafi kəşfləri doğuran səbəblər, Hindistana dəniz yolunun açılması və portuqalların Şərqdə müstəmləkə işğalları, X.Kolumb və Amerikanın kəşfi, Magellanın dünya səyahəti, Müstəmləkə sisteminin yaranması, Böyük coğrafi kəşflərin nəticələrini mühazirədə tələbələrə geniş izah edildi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.
Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekan müavini b/m. Şəhriyar Quliyev, Sosial fənlər kafedrasının müdiri dos.Cavid Bağırzadə, Azərbaycan tarixi kafedrasının müdiri dos. Gülara Əliyeva, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev və dos. Hüseyn Bəxtiyarlı, b/m. Bəhman Kazımov iştirak etmişlər.