



Xocalı faciəsinə həsr olunmuş tədbir Tarix-Coğrafiya fakültəsində keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Universitetin Humanitar məsələləri üzrə prorektor, dos. Gülsüm Fətəliyeva, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev, Azərbaycan tarix kafedrasının müdiri dos.Gülara Əliyeva, Sosial fənlər kafedrasının f.ü.f.dok. Üzeyir Balakişiyev çıxışlarında tarixi faktlara əsaslanaraq Xocalı faciəsində ermənilərin xalqımıza qarşı törətdiyi müsibətlərdən ətraflı danışıdlar, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıya ağır hərbi texnika yeridərək şəhər əhalisinə qarşı misli görünməmiş qırğından söhbət açıblar.