



Tarix -Coğrafiya fakültəsinin Coğrafiya kafedrasının baş müəllimi Sadıqov Təvəkgül Tofiq oğlunun 03 mart 2025-ci il tarixində Coğrafiya müəllimliyi 3 kurs ixtisasında Coğrafiyanın tədrisi metodikası fənnindən “Müasir coğrafiya dərsi” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə Müasir müəllim və onun pedaqoji səviyyəsi, dərsin mərhələləri, motivasiya anlayışı və onların qurulmasına verilən tələblər, problemin qoyulması və tədqiqatın aparılması, məlumat mübadiləsi, məlumatların müzakirəsi və nəticələrin çıxaırlması, refleksiya, biliklərin yoxlanılması, coğrafiya dərslərinə innovasiyaların tətbiq edilməsi və digər məsələlər mühazirədə tələbələrə geniş izah edildi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.
Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekan dos. Urfan Həsənov, Tarix-Coğrafiya fakültəsinin dekan müavini b/m. Şəhriyar Quliyev, Coğrafiya kafedrasının müdiri dos. Yeganə Əliyeva iştirak etmişlər.