


19 mart 2025-ci ildə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Kafedralarda elmi-tədqiqat və tədris fəaliyyətinin təhlil edilməsi üçün işçi qrupun növbəti iclası kecirildi.
GÜNDƏLİK MƏSƏLƏ:
1. Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Kafedralarda elmi-tədqiqat və tədris fəaliyyətinin təhlil edilməsi üçün işçi qrupun hazırladığı iş planının müzakirəsi və təsdiqi.
İclasın sədri, Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Vəkil oğlu Bağırzadə çıxış edərək bildirdi ki, Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Kafedralarda elmi-tədqiqat və tədris fəaliyyətinin təhlil edilməsi üçün işçi qrup tərəfindən iş planı layihəsi hazırlanmışdır.
Hazırlanan bu iş planı, müzakirəyə çıxarılaraq təsdiq olunmalıdır. Daha sonra, sənədin rektorluğun 04.03.2025-ci il tarixli 5/107 saylı əmri ilə yaradılmış işçi qrupa təqdim edilməsi və onlarla razılaşdırılması nəzərdə tutulur. Razılaşdırıldıqdan sonra rektorluğun 06.03.2025-ci il tarixli 5/112 saylı əmri ilə yaradılmış Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının sədrinə təsdiqə göndərilməsi planlaşdırılır.
İş planının müzakirəsi zamanı qeyd edilən təklif və düzəlişlər nəzərə alınaraq yekun versiyaya əlavə olundu. Hazırlanan və təkliflərlə zənginləşdirilən iş planı işçi qrup tərəfindən yekunlaşdırılaraq təsdiq olundu.