“Şah İsmayılın Azərbaycan tarixində rolu” mövvzusunda açıq dərsi

17 mart  2025-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix ixtisasının I  kursunda  Azərbaycan tarixi kafedrasının müəllimi Vəliyev Fərid Sübhan oğlunun Azərbaycan tarixi-1 fənnində “Şah İsmayılın Azərbaycan tarixində rolu” mövvzusunda açıq dərsi olmuşdur.

         Açıq dərsdə Şah İsmayıl Səfəvinin həyatından, Səfəvilər dövlətinin siyasi, ictimai, iqtisadi və mədəni, türk dilinin inkişafındakı xidmətlərindən tələbələrə geniş izah edildi.

Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

         Açıq dərsdə Azərbaycan tarixi kafedrası müdiri, dosent Gülara Əliyeva,  t.ü.f.d. İlham Məmmədov, baş müəllim Eldar Mehdiyev və müəllim Xoşqədəm Zeynalova iştirak etmişlər.