Təcrübəçi tələbənin sınaq dərsi keçirilmişdir

16.04.2025-ci il tarixində Gəncə şəhər 34 saylı tam orta məktəbdə 8-ci sinifdə Tarix-Cografiya  fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Quluzadə Şəlalə Mayıs qızı Azərbaycan tarixi fənnindən  “İqtisadi vəziyyət. SənətkarlıqTicarət” mövzusunda sınaq dərsi keçirilmişdir.

Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri dos.Cabbar Qarayev, təcrübə rəhbəri baş müəllim Tünzalə Cahangirova, Tarix müəllimi Aqilə Abdullayeva və həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak ediblər. 

Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.

Dərsi yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.