Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət və monitorinq” qrupu Tarix – Coğrafiya fakutəsində olmuşdu

Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət və monitorinq” qrupu 15 aprel 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tarix – Coğrafiya fakutəsində olmuşdur.

1. Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət və monitorinq mexanizminin formalaşdırılması”prosesilə  bağlı fakültələrdə və kafedralarda mövcud vəziyyətin təhlili, proseslə bağlı maraqlı tərəflərin rəylərinin toplanması vəziyyətinin müzakirəsi və qarşıda duran vəzifələr.

2. Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində prosesilə  bağlı yaradılmış “Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə dair təlimatlandırıcı sənədlərin təkmilləşdirilməsi” fakültələrdə və kafedralarda mövcud vəziyyətin təhlili, proseslə bağlı maraqlı tərəflərin rəylərinin toplanması  vəziyyətinin müzakirəsi və qarşıda duran vəzifələr – kimi məsələlərlə bağlı Sədr Allahverdi Quliyev və qrup üzvləri  kafedralarda ,eyni zamanda  müxtəlif  kurslar üzrə  təlim prosesində müəllim və tələbələrlə məqsədyönlü görüşlər keçirildi.         

       Görüş  zamanı  qeyd  olunan  məsələlər, aşkar  olunan  nöqsanlar və onların aradan  qaldırılmasının yolları fakultə dekanı və kafedra müdirləri ilə birlikdə müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi.