Sosial iş ixtisasının 4-cü kurs tələbələrinin istehsalat (ixtisas) təcrübəsi “SOS Uşaq Kəndi”ndə davam edir

Sosial iş ixtisasının 4-cü kurs tələbələrinin istehsalat (ixtisas) təcrübəsi “SOS Uşaq Kəndi”ndə təhsil proqramına uyğun olaraq fevralın 17-dən başlamışdır və iyulun 5-dək davam edəcək. Təcrübə dövründə tələbələr sosial işçilərin iş faəliyyəti ilə yaxından tanış olurlar. Təcrübənin gedişatı Universitet rəhbərliyinin daim diqqətindədir. Universitetin tədris işləri üzrə prorektoru dosent Şahin Xurşudov,Təcrübə və Karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə növbəti dəfə, 29 aprel 2025-ci il tarixində təcrübə yerinə getmiş, tələbələrlə görüşmüşlər. Görüşdə təcrübənin gedişi ilə bağlı tələbələrin fikirlərini dinləmiş, onların suallarını cavablandırmışlar. “SOS Uşaq Kəndi”nin rəhbərliyi və işçiləri ilə fikir mübadiləsi aparılmışdır.