





Tarix və Coğrafiya fakültəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Zəfər yolu Unudulmayan 44 gün adlı Anım günü adlı tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən əziz şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Sonra Tarix və Coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərinə, bütün şəhidlərinə dərin ehtiram əlaməti olaraq “Anım Günü” kimi qeyd edilir. Bizim igid oğullarımız 30 ildən sonra elə bir zəfər tarixi yazdılar ki, bütün dünyaya türkün gücünü, qüdrətini sübut etdilər. II Qarabağ müharibəsi 44 səhifəlik bir dastana döndü”.
Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva çıxış edərək 44 gün davam edən və taixi qələbəmizlə nəticələnən II Qarabağ müharibəsindən danışıb. Bildirib ki, 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonda yerləşən Azərbaycan Ordusunun mövqələrini və yaşayış məntəqələrini iriçaplı silahlar, mina atanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladı. Buna cavab olaraq Azərbaycan Ordusu bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı ilə döyüşə atıldı. Xalqımız və rəşadətli Ordumuz şanlı tarix yazara 44 gündə 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanıldı. Bu möhtəşəm qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.
Daha sonra Azərbaycan tarixi kafedrasının dosenti Fəxrəddin Usenov “Qarabağ Azərbaycandır-Zəfərlə təsdiqlənən həqiqət”, Coğrafiya kafedrasının s.ü.f.d.Arifə Əhmədli “Ali baş komandanın rəhbərliyi ilə qazanılan Zəfər”, Tarix və coğrafiya müəllimliyi ixtisasının 3 kurs tələbəsi Rüfət Mehdiyev “İkinci Qarabağ müharibəsinin tarixi əhəmiyyəti”, Tarix və coğrafiya müəllimliyi ixtisasının 3 kurs tələbəsi Nazpəri Əliyeva “Gənc nəslin vətənpərvərlik ruhda tərbiyəsi”, Tarix və coğrafiya müəllimliyi ixtisasının 3 kurs tələbəsi Lalə Əliyeva “Şəhidlərimizin əbədi xatirəsi mövzularında çıxışları dinlənilib.
Çıxışlarda tarixi Zəfərimizdən, Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs olunub. Haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.