





Tarix və coğrafiya fakültəsində “Qərbi Azərbaycan-tarixi irs və mədəni kimlik” adlı seminar keçirilmişdir. Seminarda Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı, baş müəllim Bəxtiyar Məhərrəmov, Coğrafiya kafedrasının fəxri professoru Rəşad Nuriyev və fakültənin tələbələri iştirak etmişdir.
Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Cəfərova seminarı açıq elan etdi və əhəmiyyətindən danışdı. Tələbə Elmi Cəmiyyətinin hər zaman tələbələrin yanında olduğunu bildirdi.
Daha sonra çıxışlar tədqim edilib. İlk olaraq TEC-nin sədri müavini Mirpaşa Rəsulov, sonra isə tələbələr Aydan İsmayılova, Nərgiz Bayramova və Türkanə İmanova mövzu ilə bağlı hazırladıqları məruzələrlə çıxış ediblər. Onların təqdimatları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda isə müəllim və tələbələr arasında geniş fikir mübadiləsi aparılıb, verilən suallar ətrafında maraqlı müzakirələr aparılıb. Tədbirdə çıxış edən müəllimlər Qərbi Azərbaycanın tarixi irsinin qorunub saxlanmasının əhəmiyyətindən danışdılar, tələbələr isə öz baxış bucaqlarını ortaya qoyaraq mövzuya yeni yanaşmalar təqdim ediblər. Bu cür elmi seminarların gənclərin intellektual inkişafında, milli-mənəvi kimliklərinin möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb və gələcəkdə də bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.