



25-26 sentyabr 2025-ci il tarixində Qazaxıstanın Almaata şəhərində Tarix və Etnologiya İnstitunun 80 illiyinə həsr edilmiş, Vətən tarixinin elmi və davamlılık problemleri: Akademik tədqiqatlar, yeni görüşlər və yanaşmalar adlı beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq konfransda Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsi Tarix və coğrafiya fakültəsinin Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru, Qazaxıstanın Milli Elmlər Akademiyasının Ç.Ç.Vəlixanov adına Tarix və Etnolgiya İnstitunun Azərbaycan üzrə təmsilçisi, Türk Akademiyasının Barametr-2025:Türk Dünyası Gənclik Araşdırması layihəsinin Azərbaycan üzrə koordinatoru İsmayılzadə Saidə Cəfər qızı iştirak etmişdir. Beynəlxalq konfransda İsmayılzadə Saidə Cəfər qızı Chokan Valikhanov as a bridge between East and West in scientific thought”( Çokan Vəlixanovun Şərqlə Qərb arasında elmi fikirləri bir körpü kimi”) mövzusunda çıxış etmiş və Ç.Ç.Vəlixanov adına Tarix Etnologiya İnstitunun 80 illiyinə həsr edilmiş medal onu təsdiq edən vəsiqə və sertifikat ilə təltif olunmuşdur. Konfransda Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Rusiya, İran, Almaniya, Polşa, Çin, və Belarusiyadan tanınmış akademiklər və professorlar iştirak etmişdilər.