“Misir yeni və son səltənət dövründə” mövzusunda açıq dərs

Tarix və coğrafiya fakültəsinin Ümumi tarix kafedrasının baş müəllimi Xəyalə Əsgərova 13.10.2025-ci il tarixində Tarix ixtisasının I kursunda “Şərq tarixi -1” fənindən “Misir yeni və sol səltənət dövründə” mövzusunda açıq dərsi keşmişdir.

Açıq dərsdə müəllim Misir yeni və son səltənət dövründə adlı yeni şahlıq dövründə Msirin imperiyaya çevrilməsi, uğurlu xarici və daxili siyasəti haqqında eyni zamanda son səltənət dövründə zəifləməsi və xarici dövlətlər tərəfindən işğalları barəsində geniş məlumat verdi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

Dərsdə Azərbaycan tarixi kafedrasının müdir dos. Əliyeva Gülara, Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev və kafedranın dos. Bəxtiyarlı Hüseyn iştirak etmişdir.