Azərbaycan tarixi kafedrasında dissertasiya işinin müzakirəsi keçirilmişdir

17 oktyabr 2025-ci ildə Azərbaycan tarixi kafedrasında Gəncə Dövlət Universitetinin doktorantı Musayeva Şəfa Xasəfət qızının Vətən tarixi ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Yelizavetpol quberniyasının sosial-iqtisadi və ictimai-mədəni həyatı (1868-1900-cu illər)” dissertasiya işinin müzakirəsi keçirilmişdir. Müzakirədə Tarix və coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev, Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə şöbəsinin müdiri və digər mütəxəssislər də iştirak etmiş və online olaraq qoşulmuşdur.

         Müzakirədə Musayeva Şəfa Xasəfət qızının dissertasiya işinin səsvermə nəticəsində yekdilliklə müdafiəyə buraxılması bərədə qərar qəbul edilmişdir.