“Torpaqların dəyişməsi və landşaftların deqradasiyası” mövzusunda açıq dərs

21 oktyaybr 2025-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi  ixtisasının IV kursunda  Coğrafiya kafedrasının baş müəllimi Lətafət Cəfərovanın “Dünya landşaftları” fənnindən “Torpaqların dəyişməsi və landşaftların deqradasiyası ” mövzusunda açıq dərsi olmuşdur.

         Açıq dərsdə topraq örtüyündə baş verən təbii və antropogen dəyişikliklərin landşaft sistemlərinə təsiri, deqradasiyanın əsas səbəbləri və nəticələri haqqında ətraflı məlumat verilmişdir. Mühazirə dərsində torpaq eroziyası, iqlim dəyişmələrinin landşaft strukturuna təsiri və ekoloji tarazlığın pozulması kimi məsələlər də müzakirə olunmuşdur. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

         Açıq dərsdə Tarix və coğrafiya fakültəsinin dekan dos. Urfan Həsənov, Coğrafiya kafedrasının müdiri dos. Yeganə Əliyeva və kafedranın s.ü.f.d. Arifə Əhmədli iştirak etmişdir.